Accessibility links

Türkiyədə kürd üsyançıları ilə əlaqəsi olanlara qarşı itihamlar irəli sürülüb

  • Amerikanın səsi

Leyla Zana

Leyla Zana

Türkiyə məhkəməsi bu gün ölkənin cənub-şərqində muxtariyyət uğrunda mübarizə aparan kürd üsyançıları ilə əlaqəsi olan 31 nəfərə qarşı ittihamlar irəli sürüb. İttiham olunanlar arasında Türkiyə parlamentinin sabiq üzvü Fatma Kurtulan və siyasətçi Tübcər Bəkirxan da var. Bəkirxan hal-hazırda fəaliyyətinə qadağa qoyulan kürd siyasi partiyasına rəhbərlik edir.

Keçən cümə günü ölkə boyu evlər və ofislərdə keçirən reydlər zamanı Ankarada kürd qanunvericisi Leyla Zana da daxil edilməklə, kürdyönümlü Sülh və Demokratiya partiyasının üzvlərinin həbs edildiyi bildirilir.

PKK partyası ilə əlaqəsi olduğu deyilən Leyla Zana 1994-cü ildə 10 il həbs cəzasına məhkum edilmişdi. Bu yaxınlarda isə onun Türkiyənin üsyançı qrupların tərksilah çağırışana qarşı "kürdlər üçün silah sığortadır" deməsi ölkədə qalmaqala səbəb olmuşdu.

XS
SM
MD
LG