Accessibility links

Türkiyə müzakirələri nəticə verəcəkmi?(Video)


Şənbə günü Türkiyənin İstanbul şəhərində İranın nüvə silahlarına dair müzakirələr keçiriləcək. Müzakirələrin diqqət mərkəzində Tehrandan 160 km-lik məsafədəki dağlıq bölgədə yerləşən Fordo uran zənginləşdirilməsi obyekti olacaq.

ABŞ və Avropa diplomatları çox ehtimal ki, Türkiyə danışıqları zamanı bu obyektin bağlanmasını tələb edəcək. Deyvid Kliff nüvə silahları üzrə ekspertdir.“Gizli təsis edilən bu obyekt 2009-cu ildə aşkar edilib. Son zamanlar bu obyekt həqiqətən də uran zənginləşdirilməsi ilə məşğuldur.”

İstanbul görüşündə BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya iştirak edəcək.

Tehran Qərbin İranın nüvə silahı istehsal etməsinə dair iddialarını rədd edərək, bunun yalnız elektrik istehsalı mahiyyəti daşıdığını bildirir. Hazırda İran Istanbul danışılarına yeni təkliflərlə gedəcəyini deyir.

ABŞ və Avropa İttifaqı bu yaxınlarda İranın neft ixracatı sahəsində bir sıra sanksiyalar tətbiq edib.

Təhlilçilərin fikrincə, indi Tehran Rusiya və Çinin yardımına möhtacdır. Pekin P5 üstəgəl 1 qrupunu praqmatik addımlar atmağa çağırıb. Ekspert Deyvid Kliffin fikrincə, İran rəhbərliyi arasında parçalanma mövcuddur. “İran özü hələ qərar verməyib. İran atom bombası və ya nüvə silahları istehsal etmək istəyib-istəmədiyini bilmir. Bir halda ki, lazım olan bütün elmi və texnoloji mənbələrə malikdir. Əgər gələcəkdə İran qərara gəlsə, dərhal istehsala başlaya bilər. ”

Belə olduğu halda ABŞ və İsrail hərbi müdaxiləni istisna etmir. Təhlilçi Andrea Berger isə diplomatiyanın zəfər çalacağına ümid bəslədiyini deyir. “İranla əlaqələrin tam kəsilməsini istəməyən nümayəndələrin hazırkı müzakirələri gələcək müzakirələrə yol açacaq.”

İstanbul görüşü öncəsi İrana saksiyalar tətbiq edən Qərblə İran arasında gəginliklər artıb. Qərbin səbri tükənməkdədir.

Vaşinqton müzakirələrin daimi xarakter daşımadığı barədə xəbərdarlıq verərək, bütün varianların mümkünlüyünü önə çəkir.

XS
SM
MD
LG