Accessibility links

Türkiyə nümayəndəsi danışıqlar üçün Ermənistana səfər edib


Xarici işlər nazirinin müavini Feridun Sinirlioğlunun bu gün Ermənistan rəsmiləri ilə görüşüb

Turkiyə rəsmiləri deyir ki, iki ölkə arasında əlaqələrin normallaşdırması məqsədi daşıyan protokolların ratifikasının gecikməsi barədə danışıqlar aparmaq üçün Türkiyə nümayəndəsi Ermənistana səfər edib. Xarici işlər nazirinin müavini Feridun Sinirlioğlunun bu gün Ermənistan rəsmiləri ilə görüşərək barışıq prosesinin sürətlənməsi məsələsini müzakirə edib. Türkiyə və Ermənistan liderləri keçən il ikitərəfli əlaqələri bərpa etmək və sərhədləri açmaq üçün protokollara imza atmışdılar. Razılıq qüvvəyə minmək üçün ratifikasiya olunmalıdır. Protokollar Türkiyə-Ermənistan düşmənçiliyinə son qoymaq məqsədi daşıyır.

XS
SM
MD
LG