Accessibility links

Türkiyə PKK-ya qarşı əməliyyatlara hazırlaşır


Türkiyə PKK-ya qarşı əməliyyatlara hazırlaşır
Türkiyə PKK-ya qarşı əməliyyatlara hazırlaşır

Türkiyə müdafiə naziri deyir ki, onun ölkəsi kürd üsyançılara qarşı vuruşmaq üçün əlindən gələni edəcək.

Türkiyənin şimali İraqda kürd üsyançılarına qarşı hücum əməliyyatlarına hazırlaşmasına dair suala cavabda İsmet Yılmaz bildirib ki, terrorizmə qarşı mübarizədə nə lazımdırsa o, da ediləcək.

Türkiyənin daxili işlər naziri İdris Naim Şahin deyib ki, hazırda İraq hökuməti ilə quru əməliyyatlarına dair danışıqlar aparılır. O, əməliyyatların istənilən anda başlana biləcəyini deyib.

Kürdüstan Fəhlə partiyası PKK ötən həftələrdə türk hədəflərinə qarşı hücumları gücləndirib. Bazar günü kürd üsyançılar Türkiyənin cənub şərqində bir neçə polis məntəqəsinə hücum edərək azı beş adamı öldürüblər.

XS
SM
MD
LG