Accessibility links

Türkiyə Quru Qoşunları komandanı Azərbaycanda səfərdədir


Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb.

Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu gün prezidenti İlham Əliyev Hayri Kıvrıkoğlunu qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, Türkiyə Quru Qoşunları Komandanının səfərinin hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə edilib.

Səfər iyunun 8-dək davam edəcək.

XS
SM
MD
LG