Accessibility links

Türkiyə rəsmisi Suriyaya gəlib


Türkiyə rəsmisi Suriyaya gəlib
Türkiyə rəsmisi Suriyaya gəlib

Türkiyə xarici işlər naziri Suriya hökumətinə basqılara son qoymaq yönümündə təsir göstərmək üçün həmin ölkəyə gedib.

Əhməd Davudoğlunun Suriyaya səfəri Ankaranın Dəməşqlə münasibətlərinin gərginləşdiyi vaxta təsadüf edir. Bundan öncə Körfəz Ərəb dövlətləri - Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn Suriyadakı səfirlərini geri çağırıblar.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan deyib ki, Davudoğlu Suriya rəhbərliyinə qəti mesaj yollayacaq.

Prezident Bəşar əl-Əsəd nümayişçilərə qarşı hərbi basqılara son qoymaq yönümündə beynəlxalq təzyiqlərlə üzləşir.

XS
SM
MD
LG