Accessibility links

Türkiyə rəsmisi Vaşinqtonda Ermənistanı Dağlıq Qarabağ məsələsində xoş məram göstərməyə çağırıb


Türkiyə rəsmisi Vaşinqtonda Ermənistanı Dağlıq Qarabağ məsələsində xoş məram göstərməyə çağırıb
Türkiyə rəsmisi Vaşinqtonda Ermənistanı Dağlıq Qarabağ məsələsində xoş məram göstərməyə çağırıb

Türkiyə xarici işlər nazirinin yardımçısı Selim Yenel Vaşinqtonda Alman Marşal Fondunda keçirilən tədbirdə çıxış edib

ABŞ-da səfərdə olan Türkiyə xarici işlər nazirinin yardımçısı Selim Yenel Vaşinqtonda Alman Marşal Fondunda keçirilən tədbirdə deyib ki, hamı Türkiyənin “0 problem” şüarından xəbərdardır. Onun sözlərinə görə, bu siyasət həm də bir çox tənqidlərə məruz qalıb: “Ancaq bunun qısa vaxt kəsimində həyata keçirilməsini qarşımıza məqsəd qoymuşuq. Məqsədimiz regionda olan problemləri mümkün qədər azaltmaqdır. Sözsüz ki, Ermənistanla olan problem də onlardan biridir. Bizim onlarla fikir ayrılığımız var”.

Hətta protokolların imzalanmasının da asan başa gəlmədiyini dilə gətirən diplomat, buna baxmayaraq tərəflərin buna nail olduğunu bildirdi. Növbədə ratifikasiya prosesinin olduğunu diqqətə çatdıran Selim Yenel bu məsələnin hər iki tərəf üçün həssas mövzu olduğunu deyib. O, məsələnin bir qədər məcrasından çıxdığını bildirib, qəbul olunub-olunmayacağını bilmədikləri üçün qanun layihəsini hazırda parlamentə göndərmək istəmədiklərini dilə gətirib: “Protokollar imzalanandan dərhal sonra Azərbaycanın buna etirazını gördük. Baxmayaraq ki, biz onların danışıqların bütün mərhələləri barədə məlumatlandırmışdıq. Əlbəttə, bu, Ermənistanda da həssas qarşılandı. Biz Dağlıq Qarabağda baş verənləri unutmamışıq. Bu məsələdə də bir irəliləyiş əldə olunmalıdır. Biz yaxın zamanda məsələnin tam həllini gözləmirik, amma erməni tərəfinin bu məsələdə xoşməram göstərməsini ümid edirik. Bu, protokolların ratifikasiyasına da kömək edə bilər”.

Ermənistanın danışıqlarda Dağlıq Qarabağ münaqişəsindən söhbət getmədiyini, bu məsələnin danışıqların bir hissəsi olmadığı mövqeyindən çıxış etdiyini xatırladan Selim Yenel bunu da qeyd edir ki, ancaq hazırkı zamanda ictimai rəy də nəzərə alınmalıdır. “Əlavə səylərə ehtiyac var”-deyə diplomat mövqeyinə aydınlıq gətirib.

XS
SM
MD
LG