Accessibility links

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda səfərdədir


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda səfərdədir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda səfərdədir

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının daha da dərinləşməsinin vacibliyi vurğulanıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəlin Azərbaycanda səfərdədir. Bu gün cənab Özəl prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüşüb.

Cənab Əbiyev bildirib ki, Minsk Qrupunun Qarabağ münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi səylər konkret nəticə vermədiyi üçün Azərbaycan işğal olunmuş torpaqlarını başqa vasitələrlə azad etmək məcburiyyətində qalır və buna görə də öz Silahlı Qüvvələrini getdikcə gücləndirir.

Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğu görüşdə bu əlaqələrin daha da dərinləşməsinin vacibliyi vurğulanıb. Bu mənada həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada Türkiyə-Azərbaycan hərbi əlaqələrinin verdiyi töhfə xüsusi qeyd olunub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin səfəri fevralın 9-dək davam edəcək.

XS
SM
MD
LG