Accessibility links

Türkiyə İsraillə ticari və hərbi əlaqələrin tamamilə kəsiləcəyini deyib (Yenilənib)


Türkiyə İsraillə ticari və hərbi əlaqələrin tamamilə kəsiləcəyini deyib (Yenilənib)

Türkiyə İsraillə ticari və hərbi əlaqələrin tamamilə kəsiləcəyini deyib (Yenilənib)

Türkiyə İsraillə hərbi ticarəti və Aralıq dənizinə nəzarətdə iki ölkə arasındakı əməkdaşlığın kəsiləcəyini deyib. Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan bu əlaqələrin dondurulması barədə açıqlamanı bu gün, İsrail diplomatlarının ölkəni çərşənbə günü tərk etməli olduğunu deməsindən dərhal sonra verib. Cənab Ərdoğan əlavə edib ki, o, Misir rəsmiləri ilə müzakirələrdən sonra İordan çayının qərb sahilinə səfər edəcək. Baş nazir Misirə bu ayın axırında səfər edəcəyini deyib.

Türkiyə keçən il Qəzza Zolağına yardım daşıyan gəmiyə hücum zamanı 8 nəfərin qətlinə görə İsrailin üzr istəməməsi üzündən keçən həftə İsrail səfirini ölkədən çıxararaq bu dövlətlə bütün diplomatik əlaqələri kəsmək qərarına gəlib.

XS
SM
MD
LG