Accessibility links

Türkiyə rəsmiləri Suriyada vəziyyətin getdikcə ağırlaşması səbəbindən bu ölkədəki səfirliyini bağladığını bildirib. Hələ keçən həftə Türkiyə Dəməşqdəki səfirlyini bağlayacağını və vətəndaşlarının geri çağıracağı barədə xəbərdarlıq etmişdi.

Son zamanlar Suriyadakı döyüşlər üzündən Türkiyəyə 17 minə qədər suriyalı keçib. Türkiyə Bəşər Əsəd hökumətini zorakılıqları dayandırmağa çağırmaqda davam edir. Türkiyə eləcə də Birləşmiş Ştatların Suriyadakı üsyançılara yardım təklifini müzakirə etmək üçün gələn həftə keçiriləcək yığıncaqda iştirak etməyə hazırlaşır.

Bu arada isə siyasi fəallar hökumət qüvvələrinin bu gün Homs şəhərini minamyot atəşinə tutmaları nəticəsində bir neçə evin yandığını bildirib.

XS
SM
MD
LG