Accessibility links

Türkiyədə mühacirləri daşıyan gəmi batıb


Türkiyə rəsmiləri deyir ki, ölkənin qərb sularında qeyri-qanuni mühacirləri daşıyan gəmi qayaya çırpıldıqdan sonra suya qərq olub. Əksəriyyəti uşaq olmaqla, 60 nəfər mühacir dənizdə batıb.

Rəsmilər əlavə meyitlərin tapılacağını güman edərək ölənlərin sayının artacağını bildirir.

Qəza baş verdikdən sonra 45 nəfər xilas edilib və iki nəfər həbsə alınıb. Mühacirlərin haradan gəldikləri hələlik müəyyən edilməyib. Türkiyə Avropa İttifaqına daxil olan ölkələrə getmək istəyən mühacirlər üçün tez-tez istifadə olunan keçid nöqtəsidir.
XS
SM
MD
LG