Accessibility links

Türkiyə təyyarələri kürd qiyamçılarına hava zərbələri endiriblər

  • Amerikanın səsi

Türkiyə təyyarələri kürd qiyamçılarına hava zərbələri endiriblər

Türkiyə təyyarələri kürd qiyamçılarına hava zərbələri endiriblər

Türkiyə hərbi qüvvələri İraqla sərhəd bölgələrində kürd qiyamçılarına hava zərbələri endiriblər. Yerli rəsmilər isə azı 35 mülki vətəndaşın həlak olduğunu xəbər verir.

Şırnak vilayətinin rəsmiləri bildirirlər ki, qurbanlar güman ki, İraqın şimalından Türkiyəyə yanacaq və şəkər aparırdılar. Hərbçilər isə onları PKK döyüşçüləri ilə çaşdırıblar.

Türkiyə hərbçilərinin bəyanatında deyilir ki, ərazidə qiyamçıların mövcudluğu qeydə alınıb.

PKK 20 ildən artıqdır ki, Türkiyədə kürd muxtariyyatı uğrunda mübarizə aparır. Döyüşlər on minlərlə adamın həyatına son qoyub.

Türkiyə, Avropa İttifaqı və ABŞ PKK-nı terrorçu qrup hesab edir.

XS
SM
MD
LG