Accessibility links

Türkiyə təyyarələrin İraqın şimalını hədəf alıb


Rəsmilər Türkiyənin İran sərhədi yaxınlığındakı Sidakan kəndini bombalağını bildirib

İraq rəsmiləri deyir ki, Türkiyənin qırıcı təyyarələrinin İraqın şimalında Kürdüstan muxtar regionunu hədəf alması nəticəsində bir mülki vətəndaş yaralanıb. Rəsmilər Türkiyənin İran sərhədi yaxınlığındakı Sidakan kəndini bombalağını bildirib. Hələlik bu hücumu Türkiyə ordusu təsdiq etməyib. PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının iyun ayında atəşkəsi dayandırdığını elan etməsindən sonra Türkiyə qüvvələri ilə kürd üsyançılar arasında gərginlik artıb. İraqın şimalında bazaları olan PKK yaraqlıları Türkiyənin cənub-şərqində muxtariyyət uğrunda mübarizə aparır.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG