Accessibility links

Türkiyə və Azərbaycan hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib


Türkiyə və Azərbaycan hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

Türkiyə və Azərbaycan hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

Danışıqlarda iki ölkə arasında mövcud hərbi əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb.

Danışıqlarda iki ölkə arasında mövcud hərbi əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunan nazirlər Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Ermənistan qoşunlarının tez bir zamanda Azərbaycan torpaqlarından geri çəkilməsinin vaxtının çatdığını xüsusi qeyd ediblər.

Nazir Əbiyev bildirib ki, problemin sülh şəraitində həlli üçün danışıqlar getsə də, hələlik konkret nəticə yoxdur və Ermənistan öz təcavüzkarlığını davam etdirir. “Belə bir vəziyyətdə Silahlı Qüvvələrimizdə ciddi hazırlıq işlərinin aparılmasından özgə yol qalmır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG