Accessibility links

Türkiyədə 100-dən çox kitab haqda cinayət işi açılıb

  • Amerikanın səsi

Türkiyədə 100-dən çox kitab haqda cinayət işi açılıb

Türkiyədə 100-dən çox kitab haqda cinayət işi açılıb

2008-ci ildən indiyə qədər Türkiyədə 100-dən çox kitab haqda cinayət işi açılıb. Təkcə bu ilin birinci yarısında 30 yazıçı və tərcüməçi məhkəmə qarşısına çıxıb. Bu haqda Türkiyənin “Hüriyyət” qəzeti Türkiyə Naşirlər Assosiayasına istinadla xəbər yayıb.

Komik jurnallar və internet saytları arasında da məhkəməyə verilənlər var. Onların bəziləri şərəf və ləyaqəti alçaltmaqda, o cümlədən, anti-terror qanunlarını pozmaqda ittiham olunurlar.

Nəşriyyatçı İrfan Sancı haqda cinayət işi 20-ci əsr fransız yazarı Guillaume Appolinarenin “Don Juanın sui –istifadəsi” adlı romanını çap etməyə başlayandan sonra açılıb. Onun nəşriyyat evi “Erotik buraxılışlar” adlı kitablar buraxmağa başlayandan sonra barəsində cinayət işini daha da sürətləndirib.

Sancı deyir ki, hüquq –mühafizə orqanları ondan “sən bu kitabı ailənlə birlikdə oxuyardınmı” sualını verəndə o çox təəcüblənib və nə cavab verəcəyini bilməyib.

Türkiyə Naşirlər Assosiasiyasının prezidenti Mətin Cəlal “Hüriyyət” qəzetinə müsahibəsində Nobel mükafatçısı Orxan Pamuku xatırladıb, deyib ki, fikirlərini açıq yazdığına görə, ona iş kəsilib. Başqa bir Nobelçi Naipul isə islamı təhqir etdiyinə görə “arzuolunmaz şəxs” elan olunub.

Pen Dünya Yazarlar Birliyinin Türkiyə şöbəsinin müdiri Tarık Günersel “Hüriyyət”-ə emaillə müsahibəsində deyib ki, Türkiyə kifayət qədər dünyəvi deyil və demokratiyanın vəziyyəti getdikcə pisləşir.

Türkiyə rəsmiləri isə demokratiyanın vəziyyətinin pisləşməsi ilə bağlı bu cür ittihamları rədd edirlər. Dünya Birliyi bu ilin iyununda Türkiyədə keçirilən parlament seçkilərinin demokratik olduğu fikrini qəbul edir.

XS
SM
MD
LG