Accessibility links

Türkiyədə 4 mülki vətəndaş minaya düşərək olüb


Türkiyədə 4 mülki vətəndaş minaya düşərək olüb

Türkiyədə 4 mülki vətəndaş minaya düşərək olüb

Partlayış PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının üzvləri Batman vilayətində neft quyusunu yandırandan sonra baş verib

Türkiyənin Təhlküəsizlik qüvvələrinin bildirdiyinə görə, kürd yaraqlılarının ölkənin cənub-şərqində maşın yoluna yerləşdiyi minanın partlaması nəticəsində 4 mülki vətəndaş həlak olub. Türkiyənin Anadolu xəbər agentliyi bu gün məlumat verib ki, partlayış PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının üzvləri Batman vilayətində neft quyusunu yandırandan sonra baş verib. İyun ayında PKK bir illik atəşkəsi dayandırandan bəri təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında döyüşlər intensivləşib. PKK 25 ildən çoxdur ki Türkiyənin cənub-şərqində mxutariyyət uğrunda silahlı mübarizə aparır.

XS
SM
MD
LG