Accessibility links

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayının yüzlərlə olduğu bildirilir

  • Amerikanın səsi

Survivors gather around a collapsed building in Ercis, near the eastern Turkish city of Van, October 24, 2011. The death toll in an earthquake which shook southeast Turkey on Sunday has risen to 239 people, with around 1,300 people injured, Deputy Prime M

Survivors gather around a collapsed building in Ercis, near the eastern Turkish city of Van, October 24, 2011. The death toll in an earthquake which shook southeast Turkey on Sunday has risen to 239 people, with around 1,300 people injured, Deputy Prime M

Türkiyə rəsmiləri Van vilayətində bazar günü 7.2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayının 279 nəfərə, yaralananlrın isə azı 1000 nəfərə çatdığını deyirlər. Zəlzələnin İranla sərhəddəki Erciş şəhərini ən çox dağıntılara məruz qoyduğu və ölənlərin sayının daha çox olacağı bildirilir.

Xilasetmə dəstələrinin ağır texnikadan istifadə edərək, yerin altında sağ qalanları axtardıqları və bu gün bir körpə də daxil edilməklə, bir neçə nəfəri xilas etdikləri deyilir. Türkiyənin Anadolu xəbər agentliyinin bildridiyinə görə, dağılmış bina altında qalan bir şəxs mobil telefonundan zəng edəndən sonra xilas edilmişdir.

Ölkənin baş naziri Rəcəp Tayyib Ərdoğan dünən zəlzələnin baş verdiyi bölgəyə getmişdir. Rusiya və Ermənistan prezidentləri Türkiyə prezidenti Abdulla Gülə telefon vasitəsi ilə başsağlığı vermiş və yardım təklif etmişlər. Birləşmiş Ştatlar və İsrail də daxil edilməklə, bir sıra ölkələr Türkiyəyə yardım təklif edib.

Hökumət zəlzələ nəticəsində yüzə qədər binanın dağlıdığını, bir neçə bölgədə suyun və işığın kəsildiyini bildirib.

XS
SM
MD
LG