Accessibility links

Türkiyədə dövlət çevrilişi ittihamları ilə üzləşən 28 zabit məhkəmə qarşısına çıxarılıb

  • Amerikanın səsi

Türkiyədə dövlət çevrilişi ittihamları ilə üzləşən 28 zabit məhkəmə qarşısına çıxarılıb

Türkiyədə dövlət çevrilişi ittihamları ilə üzləşən 28 zabit məhkəmə qarşısına çıxarılıb

Bu gün Türkiyədə dövlət çevrilişi ittihamları ilə üzləşən 28 zabit məhkəmə qarşısına çıxarılıb. Onlar arasında 4 general var. General Bilgin Balanlı 3 ay əvvəl həbs edilməzdən öncə hava qüvvələrinin komandiri olmalı idi. Prokurorluq onu “Valyoz” əməliyyatında iştirak etməkdə günahlandırır. Çevriliş planına Türkiyədə təşviş, qonşu Yunanıstanda münaqişə yaratmaq və İstanbulda məscidlərə qarşı hücumlar daxil olduğu bildirilir. Müttəhimlər çevriliş adlandırılan əməliyyatın müharibə oyunları olduğunu deyərək, onlara qarşı irəli sürülən ittihamların saxta olduğunu bildirir. Günahkar tanınsalar zabitləri 20 ilədək azadlıqdan məhrumiyyət gözləyir.

XS
SM
MD
LG