Accessibility links

Türkiyədə gəmi qaçırmış PKK-çı öldürüldü

  • Amerikanın səsi

Türkiyədə gəmi qaçırmış PKK-çı öldürüldü

Türkiyədə gəmi qaçırmış PKK-çı öldürüldü

Rəsmilər bildirirlər ki, türk kommandoları bu gün sübh çağında girov götürülmüş gəmiyə hücum edərək üzərində partlayıcı gəzdiirən kürd qiyamçısını öldürüblər.

Girovlar xəbər verirlər ki, xüsusi qüvvələr İstanbulun qərbindəki Silivri qəsəbəsi sahilində lövbər salmış Qartəpə gəmisinə daxil olaraq bir neçə dəqiqənin ərzində girovdarı öldürüblər.

Qaçırılmış gəmi yanacaq qurtardıqdan sonra cümə günü lövbər salmağa məcbur olmuşdu.

Türkiyə daxili işlər naziri girovdarın 27 yaşlı Mənsur Güzel olduğunu deyir. O, PKK-nın Kocaeli vilayətindəki gənclər qrupunun rəhbəri idi. Nazir bilridib ki, polis zabitləri onu təslim olmağa çağırmış, lakin o, bu müraciətlərə məhəl qoymamışdı.

XS
SM
MD
LG