Accessibility links

Türkiyənin cənub-şərqində intiharçı hücumu baş verib


Türkiyənin cənub-şərqində intiharçı hücumu baş verib
Türkiyənin cənub-şərqində intiharçı hücumu baş verib

Türkiyə rəsmiləri ölkənin kürdlərlə məskunlaşmış cənub-şərqində baş vermiş intiharçı hücumuna görə qadın intiharçını günahlandırır. Amerikanın səsinin kürdcə redaksiyasının verdiyi məlumata görə partlayışda üç adam ölmüş, 20 nəfər yaralanmışdır.

Qubernator Mustafa Hakan Güvencer deyib ki, qadın özünü Bingöldə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı yaxınlığında partladıb. Amma daxili işlər naziri İdris Şahin hədəfin AKP qəraragahı olub-olmadığının aydınlaşmadığını deyib.

Rəsmilər indiyədək hücumun məsuliyyətini öz üzərinə götürən olmadığını bildirirlər. PKK-nın bir sıra əlaqələndirilmiş hücumları nəticəsində 24 türk hərbcisinin ölümündən sonra Türkiyənin hərbi qüvvələri ölkənin cənub-şərqində və İraq sərhədləri daxilində əməliyyatlar keçirmişlər. Həmin əməliyyatlar bu həftə başa çatdırılmışdı.

XS
SM
MD
LG