Accessibility links

Türkiyədə jurnalistlər həbs olundu


Türkiyədə jurnalistlər həbs olundu

Türkiyədə jurnalistlər həbs olundu

Türkiyədə məhkəmə hökumət əleyhinə çevriliş planında əli olduqları iddia edilən üç jurnalistin həbsinə qərar verib. Cümə günü məhkəmə hökuməti tənqid edən xəbər verbsaytının rəhbəri Söner Yalçın və onun iki əməkdaşını Ergenekon qrupu ilə əlaqədə olmaqda ittiham edib.

Hökumət Ergenekonun hökumətə qarşı iş apardığını iddia edir. İttihamların tam mətni açıqlanmayıb. Yalçın Oda TV adlı vebsaytın meneceridir. İndiyədək həmin bu dövlət çevrilişi ittihamları altında çox sayda jurnalist, professor, əsgər və siyasətçi mühakimə edilib.

Çərşənbə günü ABŞ-ın Türkiyədədki səfiri Fransis Rikkiardone Türkiyədə media azadlığınən durumundan narahat olduğunu söyləmişdi. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu səfirin aparılan istintaqa müdaxilə etməsinin düzgün olmadığını bildirib.

XS
SM
MD
LG