Accessibility links

Türkiyədə kütləvi qoyun oğurluğu


Türkiyədə kütləvi qoyun oğurluğu

Türkiyədə kütləvi qoyun oğurluğu

Qurban Bayramı qabağı Türkiyədə qoyun oğruları ələ keçirilib. Polis Qurban bayramı qabağı satmaq üçün qoyun oğurluğu ilə məşğul olan dəstənin üzvlərini saxlayıb.

Qurban bayramı öncəsi Türkiyənin cənub-şərqində oğru dəstəsi qoyun oğurlamağın qəliz və riskli yolunu tapıb.
Oğurluq halları mal-qaraya tələbatın artığı vaxta təsadüf edir. Müsəlmanların böyük əksəriyyəti Müqəddəs Qurban bayramını qurban kəsərək qeyd edir. Türk polisi hərəkətdə olan yük maşınından qoyun oğurlayıb bazara aparan oğru dəstəsinə qarşı reyd keçirib. Cənub-şərq vilayəti Diyarbəkir vilayətində 15 evdə reyd keçirən polis yük maşınlarından mal-qara oğurlayan dəstənin üzvü olmaqda şübhəli bilinən 12 nəfəri saxlayıb. Reyd zamanı 279 qoyun aşkar edilib. Polisin bildirdiyinə görə, oğrular qoyunları Qurban bayramı zamanı satmağı planlaşdırıbmış. Diyarbəkir polisi oğurluq üsulunu simulyasiya edərək lentə alıblar. Daha sonra əhaliyə xəbərdarlıq məqsədilə bu video-lent ictimaiyyəti açıqlanıb. Videoda göstərilir ki, oğrular motosikllə qoyunları aparan yük maşınına yaxınlaşır, oğrulardan biri maşının üzərinə çıxır və oradan qoyunları motosikldəki səbətə atır.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG