Accessibility links

Türkiyədə Liviyaya dair beynəlxalq danışıqlar başlanıb


Türkiyədə Liviyaya dair beynəlxalq danışıqlar başlanıb
Türkiyədə Liviyaya dair beynəlxalq danışıqlar başlanıb

Liviyaya dair beynəlxalq danışıqlara Türkiyədə start verilib. Bu danışıqlar çərçivəsində ABŞ-ın Liviyada ölkə lideri Müəmmar Qəzzafinin hakimiyyətini devirmək istəyən müxalifət qüüvvələri ilə əlaqələrini möhkəmləndirəcəyi gözlənilir. ABŞ dövlət katibi Hillari Klinton da daxil olmaqla Liviyaya dair əlaqə qrupunun nümayəndələri Şimali Afrika ölkələrində üsyançıların Milli Keçid Şurasına dəstəyi artırmaq məqsədi ilə plan hazırlayacaqlar. Xanım Klintonla bərabər səfərə çıxan yüksək rütbəli ABŞ rəsmisi deyib ki, demokratik və şəffaf hökumətin qurulması üçün ətraflı plan təklif edildikdən sonra Vaşınqton keçid şurasl ilə münasibətlərini genişləndirəcək.

XS
SM
MD
LG