Accessibility links

Türkiyədə mikro-avtobusda baş verən partlayışda 10 nəfər həlak olub

  • Amerikanın səsi

Türkiyədə mikro-avtobusda baş verən partlayışda 10 nəfər həlak olub

Türkiyədə mikro-avtobusda baş verən partlayışda 10 nəfər həlak olub

Hadisə bu gün İran və İraq sərhədindəki Haqqari vilayətinin Gecitli kəndi yaxınlığında baş verib

Türk təhlükəsizlik rəsmiləri deyir ki, cənub-şərqi Türkiyədə mikro-avtobusda baş verən partlayışda 10 nəfər həlak olub. Hadisə bu gün İran və İraq sərhədindəki Haqqari vilayətinin Gecitli kəndi yaxınlığında baş verib. Partlayışda 15 aylıq körpə də daxil olmaqla, dörd nəfər yaralanıb. İstambulda çıxış edən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan hücumu pisləyib və Türkiyənin terrorçuluğa qarşı mübarizəni davam etdicəyinə vəd verib. Bəzi xəbərlərdə avtobusun minaya tuş gəldiyi bildirilir. Digərlərində isə uzaqdan idarə olunan partlayıcı qurğunun yolda yerləşdirildiyini hesab edilir. Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb. Kürdüstan Fəhlə Partiyasının separatçı üsyançıları əsasən türk təhlükəsizlik qüvvələrinə qarşı əvvəllər bunabənzər hücumlar həyata keçiriblər. Üsyançılar bu yaxınlarda atəşkəs elan etsələr də, regionda zorakılıq davam etməkdədir.

XS
SM
MD
LG