Accessibility links

Türkiyədə parlament seçkiləri vaxtından bir ay əvvəl keçiriləcək


Seçicilər iyul ayında səs verməli idilər

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın sözlərinə görə, gələn ilki parlament seçkiləri tələb olunduğu vaxtdan bir ay əvvəl keçiriləcək. Seçicilər iyul ayında səs verməli idilər. Ancaq cənab Ərdoğan deyib ki, hökumət seçkiləri insanlar istirahətə getməmiş əvvəl – iyun ayında keçirəcək. Baş nazirin partiyası 3-cü müddətə hakimiyyətdə qalmağa çalışır. Keçən ay türk seçicilər Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda cənab Ərdoğan hökumətinə olan dəstəyini təsdiq edib.

XS
SM
MD
LG