Accessibility links

Türkiyədə referendum sentyabrın 12-nə planlaşdırıb


Türkiyədə referendum sentyabrın 12-nə planlaşdırıb

Türkiyədə referendum sentyabrın 12-nə planlaşdırıb

Türkiyə seçki komissiyası Ədalət və İnkişaf partiyasının dəstəyi ilə konstitusiyaya dəyişiklikləri müəyyən edən referendumu sentyabrın 12-nə planlaşdırıb.

Türkiyə seçki komissiyası Ədalət və İnkişaf partiyasının dəstəyi ilə konstitusiyaya dəyişiklikləri müəyyən edən referendumu sentyabrın 12-nə planlaşdırıb. AK partiyası bu ilin əvvəlində qəbul edilmiş və seçkilərin təşkilinə az vaxt tələb edən qanunu əsas tutaraq referendumu daha tez iyul ayında keçirmək istəyirdi. Lakin Türkiyə seçki orqanı cümə axşamı bildirdi ki, yeni qanun yalnız gələn il qüvvəyə minəcək. Konstitusiyaya təklif olunmuş dəyişikliklər türk qanunvericiləri və Türkiyə prezidenti tərəfindən öz təsdiqini tapıb. Bu isə öz növbəsində referendum qarşısındakı maneələri aradan qaldırır. Konstitusion dəyişikliklər parlamentə hakimləri təyin etmək və hərbiçiləri mülki məhkəmədə ittiham etmək hüququ verəcək. Baş nazir Rəcəb Tayyip Ərdoğanın dediklərinə əsasən bu islahatlar ölkənin Avropa Birliyinə daxil olma şanslarını gücləndirəcək.

XS
SM
MD
LG