Accessibility links

Türkiyədə seçkiqabağı skandal

  • Amerikanın səsi

Türkiyədə seçkiqabağı skandal

Türkiyədə seçkiqabağı skandal

Türkiyənin ifrat sağçı MillətçiHərəkat Partiyasının iki yüksək səlahiyyətli rəsmisi internetdə videoların yayılmasından sonra istefa verib. Videoda onların ailəxarici münasibətləri nümayiş etdirilir. Bülent Didinməz və İhsan Barutçunun istefası iyun ayının 12-si seçkilərindən öncəyə təsadüf edir. Partiyanın daha iki üzvü keçən ay gizli olaraq yazılmış videoların yayılmasından sonra istefa verməli olmuşdu. Millətçi Hərəkat Partiyası bunun arxasında hakim Ədalət və İnkişaf Partiyasının durduğunu deyir. AKP isə iddiaları rədd edir. Bir müddət əvvəl Cümhuriyyət Xalq Partiyasının o zamankı sədri Dəniz Baykalın həmin partiyanın mənsubu olan bir qadınla ailə xarici münasibətini nümayiş etdirən videonun internetdə yayılması illərdən bəri CHP-nin rəhbəri olmuş Dəniz Baykalın istefası ilə nəticələnmişdi. CHP-nin keçmiş sədri də hadisə ilə əlaqədar olaraq hakim Ədalət və İnkişaf Partiyasını ittiham etmişdi.

XS
SM
MD
LG