Accessibility links

Türkiyədə səkkiz zabit həbs olunub

  • Amerikanın səsi

Türkiyənin ilk İslamçı baş naziri Nəcməddin Ərbakan

Türkiyənin ilk İslamçı baş naziri Nəcməddin Ərbakan

1997-ci ildə İslam təmayüllü hökuməti hakimiyyətdən uzaqlaşdırmaqda ittiham olunan səkkiz təqaüddə olan və aktiv türk zabit həbs olunub.

“Hökumətin öz vəzifəsini yerinə yetirməsinə əngəl törətdiklərinə görə” təqaüddə olan general-mayor Erol Özkaşnak, dörd fəal zabit və üç təqaüddə olan zabit dünən gecə rəsmən həbsə alınıblar.

Ötən həftəsonu dörd sabiq general və onlarla zabit həbs olunmuşdu.

Ötən aylarda Türkiyədə prokurorlar yüzlərlə zabitə qarşı hökuməti devirmək ittihamları irəli sürüblər.

General Özkaşnak 1997-ci il, 28 fevral hadisələrində Baş Qərargahın üçüncü ən yüksək ranqlı zabiti idi.

Həmin tarixdə Milli Təhlükəsizlik Şurası Türkiyənin ilk İslamçı baş naziri Nəcməttin Ərbakanı dünyəvi dövlət quruculuğunu sıradan çıxarmaqda günahlandırarq hakimiyyətdən uzaqlaşdırmışdı. Ərbakanın rəhbərlik etidiyi Rifah Partiyası sonradan rəsmən qadağan olundu.

XS
SM
MD
LG