Accessibility links

Türkiyədə zəlzələ bölgəsində Azərbaycanın 191 xilasedicisi işləyir


Türkiyədə zəlzələ bölgəsində Azərbaycanın 191 xilasedicisi işləyir

Türkiyədə zəlzələ bölgəsində Azərbaycanın 191 xilasedicisi işləyir

Azərbaycan Türkiyəyə 3 təyyarədə yardım göndərib. Təyyarələr 250 çadır, 3000 ədəd adyal, 700 ədəd səhra yataq dəsti, 2000 ədəd yataq dəsti, 2 ədəd səhra mətbəxi, ilkin tələbat əşyaları aparıb.

Oktyabrın 23-dən başlayaraq Azərbaycan Türkiyədə zərərçəkmişlərə kömək məqsədi 3 təyyarə vasitəsi ilə xilasedicilər və yük göndərib. Hazırda zəlzələ zonasında Azərbaycanın 191 xilasedicisi və 20 nəfərlik xidmət personalı işləyir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin 3 təyyarəsi fəlakət bölgəsinə 250 çadır, 3000 ədəd adyal, 700 ədəd səhra yataq dəsti, 2000 ədəd yataq dəsti, 2 ədəd səhra mətbəxi, ilkin tələbat əşyaları aparıb.

Azərbaycan xilasediciləri indiyədək dağıntılar altından bir qadını xilas edib və 4 cəsəd çıxarıb.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, episentri Türkiyənin Van əyalətində olan zəlzələ Naxçıvan MR-nin Sədərək, Şərur, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində 3.5-3 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdulla Güllə telefon danışıb və Türkiy xalqına başsağlığı verib.

XS
SM
MD
LG