Accessibility links

Abdulla Gül vətəndaşların dinc etiraz etmək hüququnu müdafiə edib



Türkiyə prezidenti Abdulla Gül İstanbulda Taksim Gezi parkı ilə bağlı nümayişlərdən sonra insanları saktiliyə çağırıb və vətəndaşların dinc etiraz etmək hüququnu müdafiə edib. “Demokratiya təkcə seçikilər demək deyil”-deyə prezident Gül bəyan edib.

Prezident Gülün açıqlaması Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanın açılamasından kəskin fərqlənir.

Baş nazir Ərdoğan hökumət əleyhinə etiraz görə ekstremist elementləri günahlandırıb. Şimali Afrika ölkələrinə səfərdən öncə müxbirlər üçün açıqlama verən cənab Ərdoğan etiraz nümayişlərinin onun üç dəfə seçkilərdə qələbə qazanmış islamçı Ədalət və İnkişaf partiyasının mandatını tanımayan dünyəvi rəqiblərinin işi olduğunu deyib. O, Ərəb Baharı ilə müqayisələri rədd edərək, nümayişçilərin əhalinin böyük hissəsinin dəstəyinə malik olmadığını deyib. Baş nazir televiziya vasitəsilə nümayiş etdirilən çıxışı zamanı güzəştə getməyə hazır olduğuna dair heç bir işarə verməyib.

Cənab Ərdoğan bu açıqlamaları Türkiyənin Həkimlər Assosiasiyasının bazar günü bir avtomobilin adamların üstünə sürülməsi nəticəsində 20 yaşlı gəncin öldüyünü bildirməsindən sonra verib.
XS
SM
MD
LG