Accessibility links

Türkiyə 38 min məhbusa amnistiya verəcək


Türkiyə azad olunmasına iki il qalan 38 min məhbusu azad etməyi planlaşdırır. Qərar çevriliş cəhdində iştirak etmiş şəxslərə həbsxanada yer açılması üçün verilib.

Türkiyə ədliyyə naziri Bəkir Bozdağ bu haqda məlumatı tvitter hesabından paylaşıb. O, azad olunanların şərti azadlığa buraxılacağını deyib.

İki ildən az müddəti qalanlarla yanaşı, həbs müddətini yarıdan çoxunu yerinə yetirmiş məhbuslar da bu qanundan yararlanmaq hüququna malik olacaq. Bu qanun qətl cinayətləri, terrorizm, cinsi zorakılıq və ya şiddət törədən məhbuslara şamil olunmayacaq.

İyul ayının 15-i hərbi çevriliş cəhdi nəticəsində azı 270 insan həlak olub. Çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan dini xadim Fətullah Gülənin olduğu iddia edilir. Çevriliş cəhdindən sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Çevriliş cəhdi ilə bağlı 35 min insan saxlanılıb və 17 mini haqda həbs qərarı verilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG