Accessibility links

Ankaradakı hücumun məsuliyyətini Marksist qrup öz üzərinə götürüb - Müsahibə [Audio]


A wounded person is carried on a stretcher to an ambulance by firefighters and medics, after an explosion at the entrance of the U.S. Embassy in Ankara February 1, 2013. A suicide bomber killed a Turkish security guard at the U.S. embassy in Ankara on Fri

A wounded person is carried on a stretcher to an ambulance by firefighters and medics, after an explosion at the entrance of the U.S. Embassy in Ankara February 1, 2013. A suicide bomber killed a Turkish security guard at the U.S. embassy in Ankara on Fri

Türkiyə paytaxtı Ankarada bir türk mühafizəçinin həyatına son qoyan ABŞ səfirliyinə intaharçı hücumun məsuliyyətini Türkiyənin radikal Marksist qrupu öz üzərinə götürüb.

Bu gün internetdə açıqladığı bəyanatda İnqilabçı Xalq Azadlığı Partiyası-Cəbhəsi (DHKP-C) ABŞ-ı "dünya insanlarının qatili" adlandırıb.

Qrup bildirib ki, DHKP-C döyüşçüsü öz canı bahasına bu hücumu həyata keçirib.

Dünən Türkiyə rəsmiləri bildirib ki, hücumu solçu yaraqlı qrupun həyata keçirdiyini düşünür və hücum zamanı Türkiyənin məşhur televiziya aparıcılarından Didəm Tuncay ağır yaralanıb.

ABŞ və Avropa birliyi DHKP-C-ni terrormu təşkilat kimi tanıyıb. ABŞ-ın Türkiyənin xarici siyasətinə təsirinə sərt etiraz edən qrup son on onilliklər ölümlə nəticələnən bir neçə hücuma görə məsuliyyət daşıyıb.

Anadolu xəbər agentliyi intiharçının Türkiyəyə qeyri-qanuni yolla daxil olduğunu bildirib. Daxili İşlər Nazirliyi hücumu həyata keçirən şəxsin saxta kimlikdən istifadə etdiyini deyib.

Soyuq müharibə düşüncəsi ilə yaşayırlar

Vaşinqton İnstitutunun Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Sönər Çağaptay Amerikanın Səsinə verdiyi müsahibədə deyib ki, radikal solçu qurumların əvvəlki güclərini itirmələrinə baxmayaraq bu hücum onların hələ də aktiv olduqlarını göstərir. Cənab Çağaptay fikrincə bu təşkilatlar bu gün də Soyuq Müharibə düşüncəsi ilə fəaliyyət göstərir.

Cənab Sönər Çağaptayla müsahibəni tam olaraq dinləyə bilərsiniz:

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG