Accessibility links

Ankarada partlayış zamanı 28 nəfər həyatını itirib


Türkiyə polisi Ankarada partlayışın baş verdiyi yeri mühasirəyə alıb-Türkiyə, Ankara, 17 fevral 2016-cı il (Foto: Yıldız Yazıcıoğlu-VOA)

Türkiyə polisi Ankarada partlayışın baş verdiyi yeri mühasirəyə alıb-Türkiyə, Ankara, 17 fevral 2016-cı il (Foto: Yıldız Yazıcıoğlu-VOA)

Ankarada güclü partlayış nəticəsində azı 28 nəfərin həyatını itirdiyi, təxminən 61 insanın yaralandığı bildirilir.

Partlayış hərbi qərargahların ofisindən bir neçə yüz metr məsafədə hərbi maşın karvanının keçdiyi zaman baş verib.

Ankara valisi Mehmet Kılıçlar partlayışın maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində baş verdiyini deyib.

Polis insidenti araşdırır. Hadisə yerinə tibbi yardım maşınları yetişib.

Türkiyə hökumətinin bir rəsmisinin bildirdiyinə görə, hücum əvvəlcədən planlaşdırılıb, lakin hücumun kim tərəfindən həyata keçirildiyi haqda hələlik məlumat verilməyib.

Rəsmilərin bildirdiyinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərodğanın Azərbaycana, Baş nazir Əhməd Davudoğlunun isə hücumla əlaqədar Brüsselə səfərləri təxirə salınıb.

Yanğınsöndürənlər Ankarada partlayış yerində

Yanğınsöndürənlər Ankarada partlayış yerində

Partlayışa görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Türkiyə hərbi qüvvələr kürdlərin üsyançı qrupu PKK-ya qarşı ölkənin əsas etibarilə kürdlərin yaşadığı cənub-şərqi bölgəsində genişmiqyaslı əməliyyatlar keçirir.

ABŞ-ın Ankaradakı səfirliyi Tvitter səhifəsində hücumla bağlı dərin təəssüf və şok hissi keçirdiyini bildirib və həlak olanların ailələrinə başsağlığı ifadə edib.

İqtidarda olan Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik Tvitter səhifəsində mesajında terroru lənətlədiyini yazıb.

Keçən il Ankara Türkiydə ən qanlı terror hücumuna səhnə olmuşdu. Kürd tərəfdarlarının yürüşü zamanı iki intiharçı tərəfindən bombaların partladılması 100-dən çox insanın ölümülə nəticələnmişdi. Hücuma görə İslam Dövləti qrupu günahlandırılmışdı.

Show comments

XS
SM
MD
LG