Accessibility links

Türkiyə Avropa Birliyinin yeni təkliflərini qeyri-səmimi sayır [Video]


​​Avropa Türkiyə ərazisində yaşayan 2 milyon qaçqın üçün şəraiti yaxşılaşdırmaq və onları Türkiyədə saxlamaq üçün Türkiyəyə maddi yardım göstərəcək.

Avropa İttifaqı liderləri Türkiyəyə 3.5 milyard dollarlıq yardıma dair plan üzərində razılaşıblar. Bu plana həmçinin visasız səyahət və Avropa Birliyinə üzvlük məsələsinin yenidən müzakirəsi daxildir. Əvəzində isə Türkiyə AB-ə qaçqın və miqrant axınının qarşısını alacaq. Lakin Ankara razılığa etinasız yanaşır.

Bir çox Avropa Birliyi ölkələri Avropa qanun və qaydalarını qəbul etməkdə bizdən geridə qalır. Biz iqtisadi irəliləyiş və kriteriya baxımından o ölkələrin çoxundan öndəyik. Elə bu səbəbdən, təssüf ki, onlar səmimi deyil.

Avropa Türkiyə ərazisində yaşayan 2 milyon qaçqın üçün şəraiti yaxşılaşdırmaq və onları Türkiyədə saxlamaq üçün Türkiyəyə maddi yardım göstərəcək.

Əvəzində isə Türkiyə vətəndaşları üçün Avropaya visasiz səyahət rejimini sürətləndirəcək və Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi yenidən müzakirə olunacaq.

“Pul məsələsi böyük rol oynadı. Ancaq həm də biz Türkiyənin Avropa Birliyinə üzvlük məsələsini yenidən gündəmə gətirəcəyik.”

Buna baxmayaraq prezident Rəcəb Tayyib Ərdoğan Avropanın üzvlük məsələsini müzakirə etmək təklifinin qeyri-səmimi olduğunu deyir.

“Bir çox Avropa Birliyi ölkələri Avropa qanun və qaydalarını qəbul etməkdə bizdən geridə qalır. Biz iqtisadi irəliləyiş və kriteriya baxımından o ölkələrin çoxundan öndəyik. Elə bu səbəbdən, təssüf ki, onlar səmimi deyil.”

Qarşıda başqa maneələr də var. Bunlardan biri Türkiyənin öz sərhədlərinin mühafizəsidir. Yardım qrupları hər gün Avropaya 5 min insanın daxil olduğunu deyir.

Serbiya ilə sərhədində hasar inşa etməsinə baxmayaraq, cümə günü Macarıstan Xorvatiya ilə sərhədini bağlamayacağını bildirib.Macarıstanın ABŞ-dakı səfiri Avropanı xarici sərhədlərini möhkəmlətməyə çağırıb.

“Avropa Birliyinin Şengen zonasına daxil olmağın qanuna uyğun və nizamlı qaydada keçirilməsinə dair təzyiqlər var.”

Biz Türkiyənin Avropa Birliyinə üzvlük məsələsini yenidən gündəmə gətirəcəyik

Almaniya bütün Avropa Birliyi dövlətlərinin vahid sərhəd qüvvələrinə qoşulmalı olduğunu deyir, amma bu ölkələrin suverenlik məsələsini qaldırır.

“Avropa Birliyinə üzv ölkələrin bunu etmək üçün siyasi bir addım atmaq istəyib-istəmədikləri bəlli deyil, çünki bu, onları inteqrasiyaya daha çox yaxınlaşdırır.”

Bu arada Bolqarıstan cümə axşamı Türkiyə ilə sərhədində əfqan miqrantın öldürülməsini araşdırır. Rəsmilər onun polis xəbərdarlıq atəşi açdığı zaman qəzayla öldürüldüyünü deyir.

XS
SM
MD
LG