Accessibility links

Türkiyədə siyasi böhran Aİ üzvlük prosesini dərinləşdirir [Video]


Türkiyədə siyasi böhran Aİ üzvlük prosesini dərinləşdirir
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay keçiriləcək parlament seçkiləri öncəsi media və kürd azlığa nəzarəti gücləndirməsi Avropa liderlərinin uzun zamandır ifadə etdiyi şübhələri daha da gücləndirib. Təhlilçilər deyir ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü perspektivləri indiki qədər uzaq olmamışdı. Buna baxmayaraq, Almaniya Ankara miqrant axınının qarşısını almağa kömək etsə, Türkiyənin Avropa İttifaqına üzvlük prosesini sürətləndirmək kimi təkliflə çıxış edib.

Avropa qapılarında miqrant böhranının dərinləşməsi Avropa İttifaqı liderlərinin Türkiyəyə gözlənilməz güzəştlər təklif etməsinə səbəb olub.

Almaniya Kansleri Anqela Merkel bu həftənin əvvəli Türkiyəyə səfər edib.

Angela Merkel: “Avropa İttifaqı və Türkiyənin qeyri-qanuni miqrantların geri göndərilməsi, vəzifənin bölüşdürülməsi, azad viza rejiminin tətbiq edilməsi ilə üzvlük prosesinin sürətləndirilməsi məsələsi üzərində yaxından birgə işləməsi üçün yaxşı səbəblər var. Danışıqlar çox ümidvericidir və onlar davam etdirəcək.”

Üzvlüklə bağlı danışıqların genişləndirilməsi Avropa İttifaqının Türkiyəyə miqrant axınının qarşısını alınması qarşılığında irəli sürdüyü təkliflər arasındadır. Türkiyəbütün ölkələrdən daha artıq qaçqın qəbul edərək, 2,5 milyon miqranta sığınacaq verib və ölkənin lideri Türkiyənin hər hansı güzəştə getməsinin Avropa İttifaqına üzvlüyə aparacağı ilə bağlı təkliflərə şübhə ilə yanaşdığını deyib.

Avropa uzun müddətdir Türkiyənin İttifaqa üzvlüyü məsələsinə istək göstərmir. Oktyabrın 10-da bomba partlayışı, ölkədə siyasi ab- hava, media və kürd azlığın nümayəndələrinə qarşı basqıların artması üzvlük məsələsinə öz mənfi təsirini göstərir.

Fadi Hakura: “Lap əvvəldən ikitərəfli əlaqələrdə inamsızlıq və narahatlıq hökm sürür. Avropa liderlərinin çoxu Türkiyənin ittifaqa üzv olmasını istəmir. Avropadan fərqli olaraq, Türkiyə demokratiya və insan haqları sahələrində inkişafdan çox iqtisadi səbəblərə görə quruma üzv olmağı arzulayır.”

Zorakılıq və gərginlik noyabrın 1-də keçiriləcək seçkilərə təsirini göstərir. Ərdoğan seçkilərdə iyun ayında parlamentdə itirdiyi əksəriyyəti bərpa edəcəyinə ümid edir.

Bunun baş verib-verməməsindən asılı olmayaraq, Avropa İttifaqına üzvlük perspektivləri və viza rejiminin sadələşdirilməsi vədi ilə bərabər bunun gətirəcəyi iqtisadi üstünlüklər Ərdoğanın partiyasına seçkidə səslərin gətirə bilər.​

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG