Accessibility links

Avropa İttifaqının Türkiyəyə səfiri vəzifəsindən istefa edib.

Vəzifəsinin icrasına ötən oktyabr başlayan alman diplomat Hansjoerg Haber istefasının səbəbini açıqlamayıb.

Bu istefa Türkiyə və Avropa İttifaqı arasında münasibətlərin gərgin olduğu vaxta təsadüf edir. Buna səbəb Türkiyənin ölkə vətəndaşlarının Avropa İttifaqına vizasız səfər etməsinə imkan verəcək razılığın şərtlərini yerinə yetirməməsidir. Bunun müqabilində Türkiyədən qaçqın axınının qarşısını almaq tələb olunur.

Avropa İttifaqı Türkiyədən terrorun mənası, eləcə də jurnalistlər və alimlərin həbsinə haqq qazandırmaq üçün isitfadə olunan anti-terror qanunlarını dəqiqləşdirməsini istəyib.

Lakin Türkiyənin baş naziri Binali Yıldırım bu qanunların “ heç bir şərt altında” dəyişməyəcəyini deyib.

Hansjoerg Haber Türkiyənin razılığın digər şərtlərini yerinə yetirməyə istək göstərməməsini dəfələrlə tənqi edib. Onun “Bizdə belə bir söz var: türk kimi başla, alman kimi bitir,” amma burada bunun tam əksidir” sözləri Türkiyədə təhqir kimi qəbul edilib.

Haber daha öncə 1993-1996-cı illərdə Almaniyanın Ankaradakı səfirliyndə diplomat kimi çalışıb.

XS
SM
MD
LG