Accessibility links

Türkiyə miqrant razılığının şərtlərinə riayət edəcəyini bildirir


Türkiyə 6 milyard avro müqabilində Avropadan qanunsuz mühacirləri geri almaq üçün öz öhdəsinə düşənləri həyata keçirməyə çalışır. "Bunu edərkən isə Türkiyə BMT-nin yardımından istifadə edərək heç bir beynəlxalq qanunu pozmadığından əmin olmaq istəyir", deyə rəsmilər bildirir.

Türkiyə baş naziri Ədməd Davud oğlu, Avropa Komissiyasının prezidenti Jan-klod Yunker və Avropa Şurasının president Donald Task
Türkiyə baş naziri Ədməd Davud oğlu, Avropa Komissiyasının prezidenti Jan-klod Yunker və Avropa Şurasının president Donald Task

Ankara bazar ertəsi Avorpa İttifaqı ilə saziş layihəsi tərtib edib. Bu sazişə əsasən, Türkiyə daha çox maliyyə yardımı, türklərin Avropa İttifaqı ölkələrinə vizasız gedib-gəlişinin təmin edilməsi və Türkiyənin Aİ üzvlüyü məsələsinin sürətləndirilməsi müqabilində qanusuz miqrantları geri qəbul edəcək.

Avropa və Türkiyə liderləri bu razılığın qanunsuz miqrantları ruhdan salacağına və beləliklə insan alveri bzinesini öldürəcəyinə ümid edir.

Amma razılığın qanuni detalları gələn həftə keçiriləcək Aİ sammitindən öncə hələ də müzakirə olunur və bir çox ölkə höküməti hələ də bu razılığa skeptik yanaşır.

Cümə axşamı BMT insan haqları agentliyinin baş komissarı bunun qanuzsuz “toplu və ixtiyari sürgünə” səbəb olacağını deyib.

BMT-nin qaçqınlar üzrə agentliyi (UNCHR) heç bir şəkildə Türkiyə və Avropa İttifaqı arasında gedən işlərdən xaric buraxılmayacaq. UNCHR razılğın icra olunması və həyata keçirilməsində iştirak edəcək.

Danışıqlarda iştirak edən Türkiyənin yüksək vəzifəli rəsmisi Ankaranın beynəlxalq qanunlara uyğun olaraq hərəkət edəcəyini və BMT-nin qaçqınlar üzrə agentliyinin cəlb olunacağını deyib.

“BMT-nin qaçqınlar üzrə agentliyi (UNCHR) heç bir şəkildə Türkiyə və Avropa İttifaqı arasında gedən işlərdən xaric buraxılmayacaq. UNCHR razılğın icra olunması və həyata keçirilməsində iştirak edəcək,” deyə razılıq tamamlanmadığı üçün adının açıqlanmasını istəməyən rəsmi bildirib.

Martın 17-18-dək razılığı yekunlaşdırmağa çalışan Aİ hüquqşünaslarını narahat edən yeganə sual Türkiyənin mühacirlərin dönməsi üçün “təhlükəsiz” bir ölkə olub-olmamasıdır.

“Təhükəsiz ölkə” standartları qaçqınlar üzrə Cenevrə Konvesniyasında müəyyən edilib, amma Türkiyə bu standartlara uyğun gəlmir.

“Çoxları Türkiyənin təhlükəsiz üçüncü ölkə olmadığını deyir. Bu məsələ daha çox müzakirə olunmalıdır,” deyə UNCHR-ın keçmiş sözçüsü, hazırda Türkiyədə fəaliyyət göstərən Sığınacaq və Miqrasiya üzrə Araşdırma Mərkəzinə başçılıq edən Metin Corabatır bildirib.

Buna baxmayaraq Türkiyə razılığın əldə olunması üçün sürətli bir şəkildə qanunlar hazırlayır. Hökümət artıq Əfqanıstan daxil olmaqla 14 ölkə ilə readmissiya qanunları haqda sazişlər imzalamağı təklif edib. Bu addım Avropa İttifaqı tərəfindən geri göndərilən miqrantları daha tez qəbul etməyə kömək göstərəcək.

Bundan əlavə Türkiyə Avropa İttifaqının iyunadək Türkiyə vətəndaşlarına vizasız səyahətlə təmin etməsi üçün irəli sürdüyü şərtlər üzərində işləyir.

Türkiyə mayın 1-dək irəli sürülən doqquz şərti yerinə yetirməlidir ki, buna şəxsi məlumatların təhlükəsizliyi barədə qanun, vətəndaşların biometrik pasportla təmin olunması və Türkiyənin sərhəd təhlükəsizliyi agentliyinin daha sərt idarə olunması daxildir.

XS
SM
MD
LG