Accessibility links

Türkiyə ilə Avropa İttifaqı arasında əldə olunan razılığa qarşı tənqidlər davam edir [Video]


Bu yaxınlarda Avropa İttifaqı və Türkiyə arasında Yunanıstana gələn yeni miqrantların Türkiyəyə deportasiya edilməsi ilə bağlı əldə edilmiş razılıq ətrafında mübahisələr hələ də davam edir. Hazırda Yunanıstanında razılığın qüvvəyə minməsindən öncə gəlmiş 46 minə yaxın miqrant var.

Yunanıstanda 55 min qaçqın var. Onlar qeydiyyatdan keçəndən sonra Avropa İttifaqına digər üzv ölkələrdə yerləşdirilə biləcək

Makedoniya polisi məftilli hasarı aşaraq Yunanıstan sərhədini keçməyə çalışan İraq və Suriyadan yüzlərlə qaçqını dayandırmaq üçün gözyaşardıcı qazdan və səs bombasından istifadə edib.

Bundan bir neçə gün sonra isə sərhədin o biri tərəfində-Yunanıstanda İdomenidə müvəqqəti düşərgələrdə polislə miqrantlar arasında qarşıdurma baş verib.

Makedoniyanın müdafiə naziri Zoran Jolevski deyir ki, artıq yerləşdirmə prosesini başlamağa təcili ehtiyac var.

“Yunanıstanda 55 min qaçqın var. Onlar qeydiyyatdan keçəndən sonra Avropa İttifaqına digər üzv ölkələrdə yerləşdirilə biləcək.”

Bəzi ekspertlər xəbərdarlıq edir ki, insanları Türkiyəyə geri göndərərək, Egey dənizi ilə miqrasiya marşrutunu bağlamaq miqrantların Avropa İttifaqına keçə bilmək üçün daha təhlükəli və bahalı yollara əl atmasına səbəb olacaq.

Amma Türkiyənin yüksək səviyyəli rəsmisi bu qorxuların şişirildiyini düşünür.

Yunanıstanda qaçqınlar

Yunanıstanda qaçqınlar

“Avropa və Türkiyə mühacirətin daha nizamlı şəklə düşməsinə çalışır. Avropa Suriya qaçınlarını qeyri-qanuni, nəzarət olunmayan yollarla qəbul etməyəcək. Türkiyədəki düşərgələrdə ehtiyacları prioritet olan miqrantlar qəbul ediləcək. Türkiyə isə qaçqınların ehyitaclarını qarşılamağa davam edəcək.”

Lakin tənqidçilər deyir ki, Türkiyə ilə Aİ arasında əldə olunan razılıq, onların sözü ilə desək “insanları hüquqi boşluqlara atmağa bərabərdir.”

“Biz üzv ölkələri Yunanıstan və Türkiyəyə yardım göstərmək üçün səfərbər edirik ki, hər bir insan orada ləyaqətli rəftar görsün. Hər bir ərizə tək-tək yoxlanılacaq. Ərizələri təsdiq olunan qaçqınlar burada qalacaq, rədd olunanlar isə Türkiyəyə geri göndəriləcək.

Bu arada isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi bildirir ki, razılığa əsasən Yunanıstanda qalmaq imkanı əldə edən qaçqınların digər Avropa ölkələrinə yerləşdirilməsi ilə bağlı da razılıq əldə edilib.

XS
SM
MD
LG