Accessibility links

Ömürlük həbslər 20 ilə qədər həbs cəzası ilə əvəzlənib

Türkiyə məhkəməsi 330 aktiv və təqaüddə olan hərbi qulluqçuları hakimiyyəti hərbi çevriliş yolu ilə dəyişməyə cəhd etməkdə ittiham edib.

Məhkəmənin bu gün çıxardığı qərarla ilkin olaraq çevriliş liderlərindən keçmiş ordu komandiri Çetin Doğan, hərbi hava qüvvələrinin keçmiş rəisi İbrahim Fırtına və dəniz donanmasının keçmiş rəisi Özden Örneki ömürlük həbsə məhkum edilib. Çevriliş baş tutmadığı üçün daha sonra bu ittihamlar 20 ilə qədər həbs cəzası ilə əvəzlənib.

Digər hazırki və keçmiş hərbi qulluqçuların cəzaları azaldılıb. 34 zabit məhkəmə tərəfindən bəraət qazanıb.

Bu ittihamlar iki il davam edən istintaq 2003-cü ildə başladılan Balyoz əməliyyatı ilə əlaqələndirildikdən sonra irəli sürülüb. Türkiyə rəsmiləri hərbçilərin baş nazir Rəcəb Təyyib Ərdoğan hakimiyyətini devirmək üçün çevrilişə cəhd etdiyini bildirib.
XS
SM
MD
LG