Accessibility links

Ədalət və İnkişaf partiyasının biznes siyasəti ilə bağlı suallar qaldırılır


Türkiyədə Ədalət və İnkişaf partiyasının on ildən artıq hakimiyyətdə olduğu dövr görünməmiş iqtisadi müşahidə edilib. Lakin aparıcı biznes şirkətlərində polis reydləri və partiya daxilində iş adamının vəzifəsindən götürülməsindən sonra hazırda partiyanın biznes siyasəti ilə bağlı getdikcə daha çox sual qaldırılır.

Bu ay Ədalət və İnkişaf partiyasının qurultayında Əli Babacan partiyanın idarə heyətindən çıxarılıb.

Ali Babacan

Ali Babacan

İqtisadiyyat naziri kimi Əli Babacan Türkiyənin iqtisadi inkişafının memarı hesad edilirdi. Partiyanın hakimiyyətdə olduğu on ildən artıq bir müddət ərzində ölkə iqtisdiyyatında iki dəfədən artıq inkişaf müşahidə edilib. Əli Babacanın prezident Rəcəb Tayyib Ərdoğanın maliyyə siyasəti ilə bağlı fərqli fikrə malik olduğu bildirilir.

Beynəlxalq investorların narahatlıqlarını ünvanlamaq və Ədalət və İnkişaf partiyasına etibarın artırılması kimi son anda qəbul edilmiş qərar hesab edilən bir addım kimi Əli Babacanın noyabr seçkilərində parlamentə namizədliyi irəli sürülüb. Onun bundan sonra nə qədər nüfuza malik olacağını aydın deyil.

"Bu qruplar bütün dünya boyu sahibkarlıq sahəsində nüfuza malikdir və onlar AKP-nin təmsil etdiyi yeni sistemi dəstəkləyir. Aydındır ki, Ədalət və İnkişaf partiyası bu dəstəyi itirir və mən bilmirəm onlar bunu necə kompensasiya edəcəklər." Təhlilçi İstar Gözaydın

İstar Gözaydın İzmirdə Gediz universitetinin professoru və Türkiyədə İslam hərəkatları üzrə ekspertdir. O, şirkətlərə qarşı reydlərin siyasi və iqtisadi nəticələri olacağı ilə bağlı xəbərdarlıq edir: "Bu qruplar bütün dünya boyu sahibkarlıq sahəsində nüfuz əldə edib və onlar Ədalət və İnkişaf partiyasının təmsil etdiyi yeni sistemi dəstəkləyir. Aydındır ki, Ədalət və İnkişaf partiyası bu dəstəyi itirir və mən bilmirəm onlar bunu necə kompensasiya edəcəklər."

Ədalət və İnkişaf partiyasının biznesə dəstək siyasəti Türkiyədə bundan əvvəl İslam yönlü partiyaların siyasətindən fərqlənir. Bu. partiyaya təkcə dindar seçicilər deyil, daha geniş elektoratın səslərini qazanmasına kömək edirdi. İqtisadi çiçəklənmə ilə partiya daha geniş elektoratın dəstəyini özünə təmin edə bilirdi.

Müşahidəçilər Türkiyədə iqtisadi yavaşıma fonunda Ədalət və İnkişaf partiyasının biznes siyasəti ilə bağlı sualların qaldırıldığı vaxt bunun noyabrda ümumi seçkilərdə partiyaya baha başa gələ biləcəyi ilə bağlı xəbərdarlıq edir.

XS
SM
MD
LG