Accessibility links

Türkiyə Ankarada bomba hücumlarının arxasında İŞİD-in durduğunu bildirir


Türkiyə prokurorlarının bildirdiyinə görə, bu ayın əvvəli Ankarada sülh yürüşü zamanı 102 adamın ölümül nəticələnmiş bomba hücumları İslam Dövləti qrupunun əmrilə həyata keçirilib.

Ankara prokurorlarının açıqladığı bəyanata əsasən, İslam Dövləti qrupunun Türkiyənin cənub-şərqində Suriya sərhədi yaxınlığında Qaziantep vilayətində özəyi tərəfindən edilən hücum yaraqlılarının liderlərinin birbaşa əmri ilə həyata keçirilib.

Bəyanatda İslam Dövləti qrupunun Suriyadakı bazalarından Türkiyədəki özəyinə pul köçürülmələri ilə bağlı informasiya əldə edildiyi bildirilir.

Oktyabrın 10-da hücum Türkiyədə solçular və kürd tərəfdarı fəalların sülh yürüşü zamanı baş verib. Keçən həftə Türkiyə rəsmilri hücuma görə məsuliyyət daşıyan iki nəfərin şçəxsiyyətinin müəyyən edildiyini bildirib.

Onlardan biri iyul ayında Suriya ilə sərhəddə Suruc şəhərində 33 kürd tərəfdarı fəalı qətlə yetirən intiharçının qardaşı olduğu müəyyən edilib. İkinci hücumçu polisin İslam Dövləti qrupunun intiharçıları siyahısında şübhəlilər arasında olub.

XS
SM
MD
LG