Accessibility links

Mövlud Çavuşoğlu: Suriya ilə sərhəd İŞİD-dən tamamilə təmizlənməlidir


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, ölkənin Suriya ilə sərhəd bölgəsi İŞİD-dən tamamilə təmizlənməlidir.

Çavuşoğlu bu açıqlamanı şənbə günü gecə Türkiyənin cənub-şərq bölgəsində toy mərasimi zamanı 51 nəfərin ölümü ilə nəticələnən bomba hücumundan sonra verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində hücuma görə İŞİD-i günahlandıraraq, hücumun 12-14 yaşlarında uşaq tərəfindən törədildiyinə dair dəlil olduğunu deyib.

Bundan əvvəl verdiyi yazılı açıqlamasında Ərdoğan İŞİD-la kürdlərin fəaliyyəti qadağan olmuş PKK partiyası, eləcə də onun keçən ay dövlt çevrilişi cəhdində günahlandırdığı Birləşmiş Ştatlarda yaşayan Fətullah Gülən tərəfdarları arasında heç bir fərq olmadığını bildirib.

Ağ Ev verdiyi bəyanatda Qaziantep hücumunu qınayıb. Bazar günü açıqlanan bəyanatda həmçinin vitse-prezident Co Baydenin Birləşmiş Ştatların terrora qarşı mübarizədə Türkiyə ilə birgə işə sadiqliyini bir daha təsdiq etmək məqsədilə Ankaraya səfər edəcəyi bildirilir.

XS
SM
MD
LG