Accessibility links

Türkiyə höküməti iyul ayında çevriliş cəhdində iştirak etdiyini iddia etdiyi 73 hava qüvvələri pilotunun həbsini əmr edib.

Konya prokurorluğunun bildirdiyinə görə, onlardan ikisi Türkiyə hava qüvvələrinin polkovniki, digərləri isə leytenantları olub.

Zabitlər Türkiyə hakimiyyətinin çevriliş cəhdini həyata keçirməkdə ittiham etdiyi ABŞ-da fəaliyyət göstərən müsəlman din xadimi Fətullah Gülənin başçılıq etdiyi qrupla əlaqələri olmaqda günahlandırılır.

Çevriliş cəhdindən bəri 100 min ordu, polis, ədliyyə və təhsil işçiləri vəzifələrindən azad edilib. Çevrilişlə əlaqəsi olduğunu iddia edilən təxminən 30 min adam həbs edilib.

Hökümət təkcə çevriliş cəhdini dəstəkləməkdə deyil, həm də çevrilişi dəstəkləyən parallel dövlət idarə etməkdə ittiham etdiyi şəbəkəni dağıtmağa niyyətli olduğunu bildirib.

Qərb dövlətləri post-çevriliş təqiblərinin qanuniliyi ilə bağlı narahatlıqlarını ifadə edir, lakin Türkiyə görünməmiş təhlükə ilə mübarizəsində qanuna uyğun hərəkət etdiyini iddia edir.

XS
SM
MD
LG