Accessibility links

Türkiyədə çevriliş cəhdi ilə bağlı təqiblər intensivləşdirilir


Türkiyədə iyulun 15-də baş tutmayan çevriliş cəhdində ehtimal edilən rolları ilə əlaqədar hərbi personalın 1400 üzvü vəzifəsindən kənarlaşdıraraq, təqiblər intensivləşdirilir.

Türkiyə ordusu və kəşfiyyat agentliyi üzərində nəzarətini gücləndirməyə çalışan prezident Rəcəb Tayyib Ərdoğanın yüksək səviyyəli müşavirlərindən biri vəzifəsindən kənarlaşdırılanlar arasındadır.

Ərdoğanın müşavirlərindən biri olan Əli Yazıçı Ankara hökumətini devirmək cəhdindən beş gün sonra həbs edilib.

Türk əsgərləri çevriliş cəhdi ilə əlaqədar baş çavuş Erkan Çikatı Marmarisdə saxlayan zaman
Türk əsgərləri çevriliş cəhdi ilə əlaqədar baş çavuş Erkan Çikatı Marmarisdə saxlayan zaman

Birləşmiş Ştatlarda yaşayan din xadimi Fətullah Gülənlə əlaqəsi olduğu ehtimal edilən 50 mindən çox insan işini itirib, 18 mindən çox insan isə həbs edilib. Ərdoğan çevriliş cəhdinin arxasında Gülənin durduğunu iddia edir. Ərdoğanın opponenti olan Gülən isə çevriliş cəhdində əlaqəsi olduğunu inkar edir.

Türkiyə ABŞ-dan Pensilvaniya ştatında yaşayan 75 yaşlı Gülənin ekstradiya edilməsini istəyir. Ankara Amerika rəsmilərinə Gülənin çevrilişdə əli olduğu güman edilən sənədlər təqdim edib, lakin ABŞ ekstradisiya haqda müraciətə yaxın zamanlarda cavab veriləcəyinə hələlik bir işarə verməyib.

Bu arada, Ərdoğan tərəfdarları Almaniyada Köln şəhərində bazar günü yürüş keçirməyi planlaşdırıb. Almaniyada 3 milyondan çox türk əsilli insan yaşayır.
Türkiyənin idman nazirinin nümayişə qatılacağı gözlənilir, lakin Almaniya rəsmiləri Türkiyə liderlərinin ölkə xaricindən video mesajlarının yayılmasına qadağa qoyub.

ABŞ-da yaşayan din xadimi Fətullah Gülən
ABŞ-da yaşayan din xadimi Fətullah Gülən

Çevriliş cəhdi zamanı toqquşmalarda 235 nəfərən çox insan həyatını itirib, minlərlə insan yaralanıb. Lakin Ərdoğanın hakimiyyətdən devrilməsi məqsədilə çevriliş cəhdi ölkədə həbslər və təqiblər dalğasına yol açıb.

Türkiyənin Qərb müttəfiqləri çevriliş cəhdini baş verən andan qınayıb və o vaxtdan Ərdoğana dəstək bildirməyə davam edir. Lakin təmizləmələr genişləndikcə, müttəfiqlər təqiblərin miqyası ilə bağlı narahatlıqlarını ifadə etməyə başlayıb.

Ərdoğan xaricdən gələn tənqidlərə sərt reaksiya verib. Cümə günü prezident sarayından açıqlama verən Ərdoğan Qərbi Türkiyəni ehtiyac olanda tək qoymaqda ittiham edərək deyib: "Bəziləri bizə məsləhət verir. Onlar deyir ki, narahatdırlar. Öz işinizlə məşğul olun! Öz hərəkətlərinizə baxın!"

Ərdoğan Türkiyənin A Haber telekanalına geniş müsahibə verəcəyinə işarə edib. O bu yaxınlarda parlamentə Milli Kəşfiyyat Təşkilatı və hərbi qüvvələrin birgə qərargahlarının prezidentin birbaşa nəzarəti altına keçməsini nəzərdə tutan konstitusiya paketinin təqdim ediləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG