Accessibility links

Ərdoğanın dəbdəbəli prezident sarayı yeni simvola çevrilir [Təhlil]


Fəxri qarovul Ankarada yeni prezident sarayının qarşısında keşik çəkir. 1 dekabr, 2014.
Fəxri qarovul Ankarada yeni prezident sarayının qarşısında keşik çəkir. 1 dekabr, 2014.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan oktyabr ayında yarım-milyardlıq min otaqlı prezident sarayının açılışını edib. Tənqidçilər bu möhtəşəm Ankara iqamətgahını sabiq Rumıniya kommunist diktatoru Nikolae Çaeşeskunun devrilməsindən öncə tikdirdiyi iqamətgaha bənzədirlər. Şərhçilər Türkiyə prezidentinin ofisinin qanun təsdiqləmə mərasimləri üçün nəzərdə tutulduğuna baxmayaraq belə bir əzəmətli saraya ehtiyac olduğunu sual altına alırlar.

Rəcəb Tayyib Ərdoğanın avtoritar tendensiyaları bir çox türkləri narahat edir.
Rəcəb Tayyib Ərdoğanın avtoritar tendensiyaları bir çox türkləri narahat edir.

Son həftələrdə bu suala cavab daha da aydınlaşmaqdadır. Avqust ayında baş nazirlikdən prezidentliyə keçəndən bəri Ərdoğan səlahiyyətlərini artırmağa davam edir və müxalifətin təbirincə “kölgə höküməti" qurur. Bu, onun baş nazir vəzifəsini tərk etdiyi zaman nəzarətini itirdiyi nazir və parlament üzərində olan hakimiyyətini qoruyub saxlamaq cəhdidir.

Nəzarət yoxsa idarə?

1982-ci ilin konstitusiyasını adlayaraq imzaladığı məxfi sərəncamla Ərdoğan prezident heyətini artıraraq direktoratın sayını 4-dən 13-ə qaldırıb. Yeni qurumlar sırasına daxili təhlükəsizlik, beynəlxalq əlaqələri, iqtisadiyyatı, müdafiəni, enerjini və investisiyanı nəzarət edən direktoratlar daxildir.

Ərdoğan rəsmiləri deyirlər ki, prezidenti nazirlərin fəaliyyitlərindən məlumatlanmaq üçün yeni iş bölümləri təsis edib. Tənqidçilər isə avtoritarizmə aparan yolun ayrılmaz bir hissəsi olan yeni parallel hökümətin yarandığını iddia edirlər.

Dogu Divani siyasi tok şounun aparıcısı Fehim Taştekinin sözlərinə görə, “direktoratlar nəzarətdən əlavə planlaşdırmadan, lahiyələrin hazırlanmasına və icraiyyətə məsul olacaqlar.” “Hətta bu gün belə Ərdoğan nazirlərin işlərinə müdaxilə etməkdə tərəddüd etmir,” deyə o, Al Monitor xəbər saytı yazır.

Türkiyə demokratiyasının gələcəyi

Hətta bu gün belə Ərdoğan nazirlərin işlərinə müdaxilə etməkdə tərəddüd etmir
Al Monitor

Türkiyənin avtoritarizmə doğru irəliləməsi barədə iddialar bir vaxtlar Ərdoğanın müttəfiqi olan İslam ruhanisi Fətullah Gülənlə əlaqələri olan 24 jurnalistin həbsindən sonra artıb. Fətullah Gülən Hizmet hərəkatının lideridir və Amerikada mühacirət həyatı yaşayır. Türkiyə prezidenti Fətullah Gülənin qiyam qaldırmaq istədiyini və Ərdoğanın ailəsinə qarşı olan korrupsiya iddialarının arxasında da onun olduğunu iddia edir.

Etirazçıların əllərində tutduqları Zaman qəzetinin manşetində Ərdoğan hökumətinin son jurnalist həbsləri "Demokratiyanın qara günü" kimi dəyərləndirilir. 15 dekabr, İstanbul. Dec. 15, 2014.
Etirazçıların əllərində tutduqları Zaman qəzetinin manşetində Ərdoğan hökumətinin son jurnalist həbsləri "Demokratiyanın qara günü" kimi dəyərləndirilir. 15 dekabr, İstanbul. Dec. 15, 2014.

Jurnalistlər hakimiyyətə qarşı sui-qəsd təqsiri ilə saxlanılıblar. Avropa liderləri reydləri qınayıblar, lakin Ərdoğan bu həftə açıq şəkildə onlara “öz işləri ilə məşğul olmalarını” deyib. Bazar ertəsi reydlərlə bağlı yayılan rəsmi bəyanatda Ərdoğan bu fikirləri bildirib: “Biz xəyanəti təqib edirik. Biz lakeyləri aradan qaldırırıq. Biz düşmənlər tərəfindən Türkiyəyə qarşı həyata keçirilən proqram və tələlərin qarşısını alırıq.”

ABŞ rəsmiləri Zaman qəzetinin baş redaktoru daxil olmaqla 24 türk junalistinin həbsi ilə bağlı naratlıqlarını ifadə ediblər. “Biz həftəsonu bir sira jurnalist və digər media işçilərinin həbsi ilə bağlı naratlığımızı bildirmişik,” deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Mark Ştroh bəyanatında bildirib. “Biz Türkiyə rəsmilərini istintaqın tez, şəffaf və qanuna uyğun bir şəkildə aparılmasına çağırırıq,” deyə cənab Ştroh əlavə edir.

Qaydalar dəyişir

Əvvəllər Türkiyə dövlət başçısı parlament tərəfindən seçilirdi, lakin 2010-cu ildə keçirilən və Ərdoğanın dəstəklədiyi referendum nəticəsində türklər prezidenti birbaşa səsvermə ilə seçirlər. İnkişaf və Ədalət Partiyasının (AKP) qanunları Ərdoğanın dördüncü dəfə baş nazirliyə namizədliyini irəli sürməsini qadağan edib. Avqust ayında keçirilən prezident seçkiləri zamanı Ərdoğan ölkənin dövlət başçısının səlahiyyətlərinin artırılmasını istədiyini elan edib.

Biz xəyanəti təqib edirik. Biz lakeyləri aradan qaldırırıq. Biz düşmənlər tərəfindən Türkiyəyə qarşı həyata keçirilən proqram və tələlərin qarşısını alırıq.
Rəcəb Tayyib Ərdoğan

Son aylarda hökümət polisi şübhəli şəxslərin hüquqlarını azaldan və telefon dinləmələrinə imkan yaradan yeni səlahiyyətlər ilə təmin edib. Yeni məhdudiyyətlərə əsasən istintaq zamanı vəkillər müdafiə etdiyi şəxslərə qarşı məhkəmə araşdırmasının detallarından məhrum olurlar. Yeni səlahiyyətlər on ay əvvəl Avropa İttifaqının standartlarına uyğunlaşmaq üçün polisə qoyulan məhdudiyyətləri ləğv edir.

Yeni polis və təhlükəsizlik səlahiyyətləri haqda qərar ölkənin cənubunda baş verən kürd etirazları və iğtişaşların ardınca qəbul olunub. Türkiyə kürdləri Ankaranın Suriya sərhədində yerləşən Kobani şəhərini İslamçı militantlardan qorumaq üçün hərbi müdaxilə etməməsinə etiraz edirdilər.

XS
SM
MD
LG