Accessibility links

Türkiyə prezidenti nazirlər kabinetinin iclasına sədrlik edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi nazirlər kabinetinin iclasına qatılması tənqidçilər tərəfindən prezidentin səlahiyyətlərinin genişləndirilməsilə bağlı narahatlıqlara yol açıb.

Avqust ayında prezident seçilənə qədər 11 baş nazir olmuş cənab Ərdoğan 10 ildən artıq bir müddətdə Nazirlər kabinetinn iclasına sədrlik edən ilk prezidentdir.

Hazırkı Baş nazir Əhməd Davutoğlu prezidentin ona konstitusiya ilə verilmiş səlahiyyətlər çərçivəsində hərəkət etdiyini deyib.

Cənab Ərdoğan parlament deyil, xalq tərəfindən seçimiş ilk prezident olduğuna təkid edərək, Türkiyənin parlament sisteminə dəyişikliklər edilmədən də daha çox gücə malik olduğunu bildirib.

Müxalif Cumhuriyyət qəzeti bağlı qapılar arxasında keçən iclasın cənab Ərdoğan üçün prezident sistemini həyata keçirmək üçün məşq olduğunu bildirib.

Türkiyədə parlament seçkiləri iyun ayına təyin edilib. Cənab Ərdoğanın Ədalət və İnkişaf partiyasına güclü dəstək prezidentin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan yeni konstitusiyanın qəbuluna imkan yarada bilər.

XS
SM
MD
LG