Accessibility links

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan keçən həftə hərbi çevriliş cəhdindən sonra ölkədə üç aylıq fövqəladə vəziyyət elan edib.

Ərdoğan bu haqda qərarı çərşənbə günü milli təhlükəsizlik şurası və kabineti ilə görüşündən sonra açıqlayıb.

Prezidentin bəyanatı Taksim meydanında qurulmuş nəhəng ekrandan yayımlanıb.

Bu qərar Ərdoğana Fətullah Gülən tərəfdarlarına qarşı başladılan əməliyyatları daha da genişləndirməsinə imkan yaradacaq.

Türkiyə bu müddət ərzində İnsan Haqları üzrə Avropa Konvensiyasını təxirə salacağını bəyan edib.

Baş nazir müavini Numan Kurtulmuş bildirib ki, bundan əlavə Fransanın konvensiyanın 15-ci maddəsinə əsasən etdiyi kimi Türkiyə də müharibə və ya fövqəladə hallar zamanı öhdəliklərindən azad olunacaq.

Keçən həftənin cümə günündən bəri həbs olunanların sayı 9 min nəfərə çatıb. Buna Ərdoğanın “məhkəməyədək nəzarət” adlandırdığı 6 min hərbiçi də daxildir. Əldə olunan məlumatlara görə, hakimlər və ziyalılar daxil olmaqla, 50 minə yaxın dövlət qulluqçusu vəzifələrindən azad edilib.

Birləşmiş Ştatlar Ərdoğanı çevrilişdə əli olanlara qarşı istintaqı və məhkəməni qanun çərçivəsində aparmağa çağırıb.

XS
SM
MD
LG