Accessibility links

Türkiyədə Gülən tərəfdarlarına qarşı təqiblər davam edir [Video]


Türkiyədə Gülən tərəfdarlarına qarşı təqiblər davam edir
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Türkiyədə Gülən tərəfdarlarına qarşı təqiblər davam edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə elan etdiyi fövqəladə vəziyyət ona dövlət qurumlarında çalışan insanları həbs edib, işdən çıxarmaq üçün daha çox səlahiyyət verib. Çevriliş cəhdinin uğursuz nəticələnməsi ilə indiyədək artıq 60 minə yaxın insan ya həbs edilib, ya da vəzifəsidnən uzaqlaşdırılıb. Buna səbəb hökümətin keçmiş imam Fətullah Gülənin başçılıq etidiyi böyük dini hərəkatın üzvlərini hədəf almasıdır. Fətullah Gülən daha öncə Ərdoğanın müttəfiqi olsa da, indi Ərdoğan onu paralel dövlət qurmaqda eləcə də çevriliş cəhdinə başçılıq etməkdə ittiham edir.

Fətullah Gülənin 17 ildir Türkiyə torpağına ayaq basmamasına baxmayaraq, onun adı Ərdoğan tərəfdarları arasında güclü emosiyalar doğurur.

Bu günlər Gülən hərəkatının üzvləri səslərini çıxarmaqdan çəkinirlər. Onun kitablarının çap edildiyi binanın üzərində mağazanın adı bayraqla örtülüb. Bina özü isə qorxu əlamətinə çevrilib.

Gülən hərəkatı güclüdür və gizlidir. Çox az sayda insan bu hərəkata aid olduğunu etiraf edir, amma təhsil, ordu, kəşfiyyat və ədliyyə sahələrində onların böyük mövcudluğu var. İndi də bu səbəbdən Ərdoğan bu sahələri Gülən tərəfdarlarından təmizləməyı çalışır.

İstanbulda yerləşən Trump Qülləsində fəaliyyət göstərən qəzetin yazıçısı 16 ildir Gülənlə bağlı araşdırma aparır və hətta bir dəfə Gülən tərəfdarı hakim tərəfindən həbs edilib.

Bir zamanlar Ərdoğan və Gülən müttəfiq idi, onlar “məxməri İslamçılığı” təbliğ edirdi. Ancaq daha sonra Türkiyənin onların ikisinə yetəcək qədər böyük olmadığı anlaşıldı.

Ərdoğanın təqibləri Gülənin ali təhsilli və Qərb-yönümlü davamçıları vasitəsilə təsir göstərə bildiyi qurumları hədəf alır.

Gülənin təbliğ etdiyi dini görüşləri müasir dünyada İslam dininə etiqad edərək yaşamaq istəyənləri özünə cəlb edir.

ABŞ Gülənin Amerikada yaşamasına icazə verdiyi üçün çox adam Türkiyənin dəyişməsinə səbəb olan uğursuz çevriliş cəhdi və Amerika arasında bir əlaqənin olduğunu düşünür.

XS
SM
MD
LG