Accessibility links

Türkiyədə 35 nəfər həbs edilib


Plainclothes police officers scuffle with a protester outside the Kanalturk and Bugun TV building in Istanbul, Turkey, Oct. 28, 2015.

Plainclothes police officers scuffle with a protester outside the Kanalturk and Bugun TV building in Istanbul, Turkey, Oct. 28, 2015.

Həbs olunanların prezident Ərdoğanı hakimiyyətdən devirməyə çalışdığı iddia edilir

Türkiyə rəsmiləri çərşənbə axşamı prezident Rəcəb Tayyib Ərdoğanı devirməyə çalışmaqda ittiham edilən mötədil dini liderin dəstəkçilərini hədəf alan əməliyyat zamanı 35 nəfəri həbs edib.

İzmir şəhərində keçirilən reydlər Türkiyədə seçicilərin səsvermə nəticəsində ölkə parlamentində əksəriyyətin nəzarətini Ərdoğanın Ədalət və İnkişaf Partiyasına verməsindən iki gün sonra baş tutub.

Doğan xəbər agentliyinin bildirdiyinə görə, ABŞ-da yaşayan müsəlman dini lider Fətullah Gülənin dəstəkçilərinə qarşı istintaqın bir hissəsi olaraq polis İzmirdə yüksək səviyyəli bürokratlar və polis zabitlərini həbs edib.

Ötən həftə rəsmilər Türkiyənin ən böyük media təşkilatlarından birini bağlayıb. Təşkilat Gülənlə əlaqəsi olmaqda itiham olunur.

Mayda keçirilən bir sıra digər reydlər Fətullah Gülənlə əlaqəsi olduğu güman edilən onlarla iş adamı və digərlərinin həbsi ilə nəticələnib.

Bazar ertəsi Ərdoğan çox vaxt onun hökumətini tənqiqi səsləri boğduğuna dair tənqidi yazılarla çıxış edən Qərb mətbuatını nəzərdə tutataq onun partiyasının seçkilərdə qələbəsinə hörmətlə yanaşmağa çağırıb.

Türkiyədə noyabrın 1-i seçkiləri azad və dinc şəraitdə keçirilsə də, beynəlxalq müşahidəçilər seçki kampaniyasında mediaya məhdudiyyətlərin tətbiq edilməsi, hökümətin media qurumunu ələ keçirməsi, həmçinin terrorizmi dəstəkləmək və ya Ərdoğanı təhqir etdiyi iddia edilən jurnalistlərə qarşı cinayət istintaqının başladılmasını pisləyib.

XS
SM
MD
LG