Accessibility links

Türkiyə polisi bazar günü prezident Rəcəp Tayyib Ərdoğanın rəqibini media qurumlarında müdafiə edən 24 nəfəri həbs edib.

Həbslər bir gün əvvəl “xainlər şəbəkəsini dağıtmağa” söz verən cənab Ərdoğanın göstərişi ilə edilib. Həsblərin hədəfi 1999-cu ildən Birləşmiş Ştatlarda yaşayan din xadimi Fətullah Gülənin tərəfdarlarıdır.

Avqust ayında hakimiyyətə gələn cənab Ərdoğan Fətullah Güləni bir il bundan əvvəl onun yaxın çevrəsində korrupsiya ilə əlaqədar aparılan araşdırmaya rəhbərlik etməkdə ittiham edir. O zaman hakimiyyətdən üç nazir istefa vermiş, lakin ittihamlar onların üzərindən götürülmüşdü. Fətullah Gülən isə korrupsiya ilə əlaqədar araşdırmanın arxasına olduğuna dair iddianı rədd etmişdir.

Türkiyədə ən çox satılan Zaman qəzetinin baş redaktoru Ekrem Dumanlı həbs edilənlər arasındadır. Türkiyə televiziyasında canlı yayımda göstərilən videoda Ekrem Dumanlının polisin sənədləri ilə tanışlıqdan sonra işçilərinin alqışları altında ofisindən aparıldığı nümayiş etdirilib.

İzdiham arasından keçərək maşına aparılan Ekrem Duman “Qoy cinayəti törədənlər qorxsun, biz qorxmuruq” deyib.

Həbs olunan daha bir media qurumu rəhbəri, Samanyolu televiziya şəbəkəsinin sədri Hidayət Karacadır. O, təqib kampaniyasının Türkiyə üçün rüsvayçılıq olduğunu deyib.

XS
SM
MD
LG